O səsi təkcə mən duydum həmin gün,
O səs ki, dilsiz-ağızsız qəlbimdən gəldi süzgün.
Bürünsün aləm ağ dumana, işıqlar sönsün,
Sözsüz görərəm səni, gözsüz, büsbütün.
Dönsün dünya, gözüm bir az o nazlı gözəli görsün,
Hələ ilk dəfədən dedim: "Gəlməsə birdən,
Görməsə göz dilbərin o gül üzün..."
Bu ürək qırıq, üzgün; qızıl saçını oxşamadan necə dözsün?
Dedim: "Gəlməsə birdən, düşər ürəyim yadlara sürgün,"
Axtarar onu, tapa bilməz başqasında düzgün.
Yox, doldura bilməz qəlbdəki yerini başqası, gülüm,
Sən olmadan bu aşiq nəyiylə öyünsün?
O yarım bədəni də, qəlbi də bir ruhi diyarda ölsün.
Qəlbim min parçaya, xırdaya bölünsün,
İsmi silinməz, sevgim bölünməz.
Sən olmadan ruhum şənə, sevincə bürünməz,
De görüm, səni tapan qəlb başqa birinə necə düşsün?
Baxanda günəş tək qızıl saçlarına,
Görəndə gözüm üzünü, salanda dolunayı yada...
Ay tək parlayan inci kimi müthiş səliqə var simasında.
Bu nə gözəllikdir belə? Çəkilib elə bil dodağı qələmlə,
Yarışa bilərmi hansısa biri sənin kimi gözəllə?
İfadə edilərmi şirinliyi sözlə, rəqəmlə?
Görəsən, görürdümü ən əvvəldən eşqimi gözlərimdə?
Daha onu bilmirəm, amma bilirəm, görəcək həmişə,
Sönməyən sevgimi gözlərimdə, dolmayan yerini ürəyimdə...